8 aprel 2013 11:58
“Neftçi - Qarabağ qarşılaşmaları Böyük oyun adlandırıla bilməz”
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov belə hesab edir ki, “Neftçi” ilə “Qarabağ” arasındakı oyunlar “Böyük oyun” adlandırıla bilməz. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” son dövrlər ən yaxşı oyununu göstərməyə başlayıb. Ona görə də onların “Neftçi” ilə matçını izləmək maraqlı idi. Amma düşünmürəm ki, bu klublar arasındakı görüşlər “Böyük oyun” adlandırıla bilər. “Böyük oyun” “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı matçlara şamil olunur. Sadəcə, indi “Xəzər Lənkəran” ikinci altılıqda oynadığı üçün “Qarabağ” diqqət mərkəzindədi. Gələn mövsüm isə “Xəzər Lənkəran”la “Neftçi” arasında daha maraqlı “Böyük oyun”ların şahidi olacağımıza ümid edirəm”.