8 aprel 2013 12:17

İnterdə ilk!

Topaz Premyer Liqasının 25-ci turu “İnter”in milliləşən legioner futbolçusu Vladimir Levin üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, klubun adını dəyişdiyi 2004-cü ildən komandanın şərəfini qoruyan ukraynalı Azərbaycan çempionatında 200-cü matçına çıxıb.
 
Bununla da müdafiəçi “İnter”in tarixində 200 oyun keçirən ilk futbolçu olub.
 
Levin Azərbaycan çempionatlarında 200 matç səddini aşan 3-cü legioner olub. Ona qədər milliləşən əcnəbilər Aleksandr Çertoqanov və Usim Nduka bunu bacarmışdı. Hazırda “Qəbələ”də çıxış edən Çertoqanov çempionatda 205, AZAL-ın müdafiəçisi Nduka isə 204 matça çıxıb.
 
Əcnəbilər arasında oyun sayına görə 3-cü olan Vladimir də Usim kimi bütün matçlarını 1 komandada keçirib. Ukraynalı Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirən 2-ci legionerdir.
 
Bu 2 əcnəbidən başqa daha 10 futbolçu ölkə çempionatında 1 klubda 200 və daha çox oynayıb. Həmin futbolçular karyerasını bitirmiş yerli oyunçulardır.
 
Komandasına ən azı 200 oyunluq müddətdə sadiq qalan 12 futbolçudan 8-i “Turan”la “Qarabağ”ın payına düşür. Onların hərəsində 4 belə futbolçu var. “Viləş” 2 belə üzvü ilə seçilir. AZAL və “İnter”in rekordçuları isə yalnız bu il siyahıya daxil olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.