8 aprel 2013 13:26

“Çox şadam ki, altılıq sistemi ləğv olundu”

“İnter”in kapitanı Vladimir Levinin azerisport.az saytına müsahibəsi
 
- Son turda “İnter” “Bakı” üzərində çox vacib qələbə qazandı...
- Bizim üçün bu, çox yaxşı oyun oldu. Biz yüksək yerlər uğrunda mübarizə aparırıq. “Neftçi”yə məğlubiyyətdən sonra bu görüşü qalib başa vurmağımız vacib idi. Qəbələ münasibətilə komandamı, azarkeşlərimizi təbrik edirəm.
 
- Əslində bərabər səviyyəli mübarizə getsə də, “İnter” qalib gəlməyi bacardı...
- Bu, iki bərabər səviyyəli komandanın görüşü idi. Kim qol vursaydı, o da qalib gələcəkdi. Gördüyünüz kimi, lazım olan qolu biz vurduq və qalib gəldik.
 
- “Bakı” və “Neftçi”yə qarşı keçirdiyiniz son iki oyun arasında xeyli fərq var idi. Sizcə, buna səbəb nə idi?
- Bilmirəm. Düzünü deyim ki, biz “Neftçi”yə qarşı da pis oyun keçirməmişdik. Sadəcə, müəyyən şeylər çatışmadı. Həm də Vobayın cərimə zərbəsi çox çox möhtəşəm alındı.
 
- Qarşıda sizi “Qarabağ”la çətin oyun gözləyir...
- Bu oyun altı xal uğrunda döyüşdü. Əsas uduzmamalıyıq. Əgər məğlub olsaq, rəqib bizi turnir cədvəlində qabaqlayacaq. Qalib gələn tərəfin çempionluq şansları da artacaq. “Qarabağ”ın da ciddi hədəfləri var. İnanıram ki, onlar da bizimlə oyuna qələbə üçün çıxacaqlar.
 
- Ağdam klubu son turda “Neftçi”yə qalib gəldi. Bu üzdən də ilk üçlük arasındakı oyunların hər biri həlledici xarakter daşıyır...
- Hətta 1 xal da vəziyyəti dəyişə bilər. Ona görə də hər oyunda maksimum diqqətli olmaq lazımdı.
 
- Premyer Liqanın formatının dəyişməsini necə qarşıladınız?
- Çox şadam ki, “altılıq” sistemi ləğv olundu. Amma hər şeyi zaman göstərəcək. Eyni zamanda Birinci Divizionla bağlı çıxarılan digər bir qərar diqqətimi çəkdi. Guya meydanda 21 yaşadək 8 futbolçu olmalıdı. Elə isə bəs bu limitə uyğun gəlməyən futbolçuların aqibəti necə olacaq?
 
- Ümumiyyətlə, 10 komandalı, dörd dövrəli çempionatı necə qiymətləndirirsiz?
- Düzünü desəm, mən Premyer Liqada daha çox, məsələn, 16 komanda görmək istərdim. Onlar da iki dövrəli sistemlə oynardılar. Özü də indi paytaxtı çox klub təmsil edir. Kobud şəkildə desək, növbəti mövsüm “Bakı çempionatı” adlanacaq. Bu cəhətdən çempionatın mənfi cəhətləri olacaq. Regionlar çempionatsız qalacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.