8 aprel 2013 13:38
Elxan Məmmədov Rubin - Çelsi oyununa təyinat aldı
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində aprelin 11-də, Moskva şəhərindəki "Lujniki" stadionunda keçiriləcək "Rubin" (Rusiya) - "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.
