9 aprel 2013 02:53
Arif İsayevin Denizlisporda ilk qolu (VİDEO)
Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin çıxış etdiyi Türkiyənin Birinci Liqa təmsilçisi “Denizlispor” növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 29-cu tur çərçivəsində “Adanaspor”un qonağı olan həmyerlimizin komandası, məğlubiyyətlə üzləşib – 1:2. Arif İsayev bu oyunda fərqlənsə də, bu, onun komandası üçün ancaq təsəlli olub.
