8 aprel 2013 14:36
Tahir Süleymanov Əmrah Çəlikəlin cavabını verdi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində “Qarabağ”la son oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz “Qarabağ”ı öz meydanımızda qəbul edirdik. Hamı da qonaqpərvərliyimizi gördü. Amma nədənsə bütün oyun boyu qonaq komandanın azarkeşləri “Neftçi”nin ünvanına xoşagəlməz şüarlar səsləndirdilər. Biz də bir neçə dəfə Quzanlıda oynamışıq. Lakin heç vaxt özümüzü belə nəzakətsiz aparmamışıq. Biz “Qarabağ”a hörmət edirik, arzu edirik ki, bu komanda yayda avrokuboklarda ölkəmizi layiqincə təmsil etsin, Avroliqanın qrup mərhələsinə çıxsın”.

Süleymanov 1:2 hesabıyla uduzduqları oyunun hakimliyindən danışarkən bunları dilə gətirib: “İlk dəqiqələrdən də görünürdü ki, hakim meydana bizim məğlubiyyətimiz üçün çıxıb. O, Əfran İsmayılovla Riçard Almeydanı meydandan qova bilərdi. Hamı onların Flavinyo və digər oyunçularımıza qarşı necə kobud oynadıqlarını gördülər. Özü də mən hakimlikdən şikayətləndiyim halda, “Qarabağ”ın rəsmisi Əmrah Çəlikəl çıxıb “Neftçi” əleyhinə danışır. Niyə? Hakimlər belə bir oyunu məhv edərkən biz sakit dura bilmərik. “Neftçi”yə çempion olması üçün heç kim problem yarada bilməz. Çəlikəl “Neftçi” haqda danışarkən, çalışardı ki, “Qarabağ”ı Quzanlıya qaytarsın. Axı bu komanda Ağdamındı”.