11 aprel 2013 01:37

Barcelona və Bayern də 1/4 finalda! (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Dortmund “Borussia”sı öz meydanında “Malaga”nı qəbul edib. İlk qarşılaşma qolsuz başa çatdığı üçün, almanlara yalnız qələbə lazım idi. İspaniya təmsilçisi isə hətta qollu heç-heçə sayəsində də mərhələ adlaya bilərdi. Görüşün son saniyələrinə qədər İspaniya klubu hesabda öndə olsa da, "alman maşını" məhz əlavə vaxtda vurduğu ardıcıl iki qol sayəsində əzmkar qələbəyə sevinib və yarımfinala yüksəlib.
 
Günün digər oyununda isə qardaş Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Galatasaray” doğma divarlar arasında Madrid “Real”ı ilə üz-üzə gəlib. İlk oyunda 0:3 hesabı ilə uuduzan “sarı-qırmızılar”ın mərhələ adlamaq şansı az olsa da, ÇL-dən ən azı qələbə ilə getmək imkanı var idi. Erkən qol buraxmasına baxmayaraq, Fatih Terimin yetirmələri üç ardıcıl qolla qələbə qazanmağı bacarıblar. Dubla imza atan Ronaldonun son saniyələrdəki qolu isə heç nəyi dəyişməyib. Beləcə, "Galatasaray" "Real"ı məğlub etsə də, mərhələ keçə bilməyib.
 
İkinci oyun günündə isə Parisdə qollu heç-heçəyə razılaşamış “Barcelona” evdə PSG ilə münasibətlərinə aydınlıq gətirib. Bu dəfə 1:1 hesabı qeydə alınıb. Lakin səfərdə daha çox qol vurması kataloniyalıları növbəti mərhələyə çıxarıb. “Juventus” isə səfərdə uduzduğu “Bayern”dən qisas almağa çalışıb. Amma Almaniya klubu səfərdə də eyni hesabla qalib gələrək, yarımfinala yüksəlib.
 
Çempionlar Liqası
1/4 final (cavab oyunları)
9 aprel
 
Borussia (Dortmund, Almaniya) – Malaga (İspaniya) - 3:2 (İlk oyun - 0:0)
Qollar: Levandovski, 40, Roys, 90, Auqusto, 90+1 - Xoakin, 25, Eliseu, 82.
 
Galatasaray (Türkiyə) – Real (İspaniya) - 3:2 (0:3)
Qollar: Ebue, 57, Sneyder, 71, Droqba, 72 - Ronaldo, 8; 90+3.
 
10 aprel
 
Barcelona (İspaniya) – PSG (Fransa) - 1:1 (2:2)
Qollar: Pedro, 71 - Pastore, 50.
 
Juventus (İtaliya) – Bayern (Almaniya) - 0:2 (0:2)
Qollar: Mandzukiç, 64, Pisarro, 90.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.