8 aprel 2013 14:55
Əmrah Çəlikəl: Uduzmağı bacarmaq lazımdı
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl Topaz Premyer Liqasının 25-ci turunun “Neftçi” ilə oyunundan sonrakı narazılıqlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Matçı izləyən hər bir kəs gördü ki, penalti də, qırmızı vərəqə də ədalətli qərar idi. Bunu anlamaq üçün futbol professoru olmaq lazım deyil. Tahir Süleymanova da məsləhət görürəm ki, öz klubunun işləri ilə məşğul olsun. Yəqin ki, onun bizim ünvanımıza səsləndirdiyi son ittihamlar məğlubiyyətlərindən irəli gəlir. Onu da başa düşmək olar. Görünür, məğlubiyyəti həzm edə bilmir. Yəqin ki, biz də uduzsaydıq, eyni şəkildə məyus olardıq. Amma qarşı klubun işlərinə qarışmazdıq. Futbol maraqlı oyundu. Onu qeyri-futbol söhbətləri ilə maraqsızlaşdırmaq lazım deyil. “Qarabağ” layiqli qələbə qazandı. Biz “Neftçi”nin prezidenti Sadıq Sadıqovu yaxşı tanıyırıq, ona hörmətimiz var. Tahir Süleymanov kimi adamlar iki klub arasındakı münasibətləri korlaya bilməz. O, bir neçə il öncə bizim də klubda çalışıb. Uduzmağı da bacarmaq lazımdı”.