8 aprel 2013 16:36
Ramin Musayev: Mənim üçün Premyer Liqanın bütün klubları eynidi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 25-ci turunun “Neftçi” – “Qarabağ” oyunundakı qalmaqaldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Futbol matçları ətrafındakı qalmaqallar alışdığımız idi. Gəlin etiraf edək ki, bu, futbolu müəyyən mənada gözəlləşdirir və ona marağı artırır. Əgər bütün oyunlar qalmaqalsız ötüşsə, hamı bir-birindən razı olardı, futbola da maraq olmazdı. Mən “Neftçi” – “Qarabağ” matçının epizodlarını izləmişəm. Penalti düzgün təyin olunmuşdu. Mitreskinin meydandan qovulmasına da heç bir iradım yoxdu. Hər iki komanda çempionluğa oynayır. Təbii ki, hansısa komandanın məğlubiyyəti müxtəlif söhbətlərə gətirib çıxarır. Bütün bunlar tamamilə normal haldı. Şəxsən mənim üçün Premyer Liqanın 12 klubunun hamısı eynidi. Mən güclünün qalib gəlməsinin marağındayam. Çünki həmin komanda bizi avrokuboklarda təmsil edəcək”.