8 aprel 2013 16:45
Araz Gürcüstan klubu ilə yoxlama oyunları keçirəcək
"Araz" Futzal Klubu aprelin 10-da, saat 15:00-da və aprelin 11-də, saat 14:00-da ABU Arena-da Gürcüstanın "İberia Star" klubu ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstan təmsilçisi futzal üzrə UEFA kubokunda "Dördlər finalı" çərçivəsində keçirəcəyi oyunlara hazırlaşır.
