8 aprel 2013 17:22

Xaqani Məmmədov: Hakim daha iki oyunçuya qırmızı vərəqə verə bilərdi

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- Son turun “Neftçi” – “Qarabağ” (1:2) oyunundan sonra paytaxt klubu hakimlərin onları qəsdən uduzdurduğunu bəyan etməyə başladı...
- Mən bu oyuna stadiondan baxırdım və deyə bilərəm ki, hakimlərin nəticəyə təsir edə biləcək səhvləri olmadı. Əlbəttə, bəzi epizodlarda kiçik səhvlər oldu. Məsələn, Rəhim Həsənov daha çox sarı vərəqə göstərə bilərdi, hər iki komandadan daha iki futbolçunu meydandan qova bilərdi. Amma bütövlükdə o, normal oyun idarə etdi.
 
- Bəs penalti?
- Bu, düzgün qərar idi. Mitreskiyə göstərilən qırmızı vərəqə də doğru idi. Burda başqa fikir ola da bilməz.
 
- “Neftçi”də isə belə hesab edirlər ki, Mitreski qəsdən meydandan qovuldu ki, “Simurq”la növbəti oyunda iştirak edə bilməsin...
- Qoy onlar öz futbolçularından soruşsunlar ki, qaydanı niyə pozur? “İnter”lə oyunda Rəşad Sadiqov da iki layiqli sarı vərəqə aldı və meydandan qovuldu. “Qarabağ”ın da futbolçuları qaydanı pozurdular. Əgər qayda pozulursa, hakim günahkarları cəzalandırmalıdı. Yenə də təkrar edirəm ki, Həsənov daha çox vərəqə göstərə bilərdi.
 
- Mətbuatda belə söhbətlər dolaşır ki, fasilədə “Neftçi”nin rəsmiləri hakimlərin otağına daxil olublar...
- Belə bir şey olmayıb. Hakimlərin otağına heç kim girməyib. Çünki hakimlər PFL-in və stadionun təhlükəsizlik xidməti tərəfindən qorunurlar.
 
- Hakimliklə bağlı narazılıqlar yenə çoxalmağa başlayıb...
- Məğlub olan komandanın hakimlikdən narazı qalması ilk dəfə deyil. Mövsümün əvvəlində məşqçilər klub prezidentlərindən, sponsorlardan bir neçə bahalı futbolçu almağı tələb edir, qarşılığında isə çempionluq və ya kubok sözü verir. Amma mövsümün sonunda bu alınmayanda, günahı başqa məqamlarda axtarmaq ehtiyacı yaranır. Bu mənada hakimliyi hədəf seçmək ən asan yollardan biridi. Hakim də inşandı, o da səhv edə bilər. Lakin etiraf etmək lazımdı ki, nəticəyə təsir edən səhvlər yoxdu.
 
- Mövsümün sonu yaxınlaşdıqca hakimlərin psixoloji təzyiqə tab gətirməməsi mümkündü?
- Hakimlərimiz hər şeyə hazırdılar. Onlar istənilən gərginlikli oyunu idarə edə bilərlər. Biz öz hakimlərimizə inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.