8 aprel 2013 17:54
Arif İsayev: Bizi heç də asan oyun gözləmir
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı futbolçuları - Arif İsayevlə Rail Məlikov PTT Birinci Liqanın 29-cu turunun “Adanaspor”la oyununa sifariş olunublar. Azerisport.az saytına müsahibəsində İsayev bu oyun öncəsi aşağıdakıları dilə gətirib:
“Bizi heç də asan oyun gözləmir. Rəqib turnir cədvəlində bizdən yuxarıdadı. Öz meydanında yaxşı oynayan komandadı. Amma biz də bu görüşə çox ciddi hazırlaşmışıq. Bura qələbə üçün gəlmişik. Məlikov yenə meydana start heyətdə çıxacaq. Mənə gəlincə, hələ ilk dəqiqələrdən, yoxsa sonradan oynayacağımı bilmirəm”.