9 aprel 2013 20:45
Neftçi apelyasiya şikayəti verməyə hazırlaşır
“Neftçi” AFFA-nın Apelyasiya Komitəsinə müraciət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün İntizam Komitəsinin sğzügedən komanda ilə bağlı çıxardığı bir sıra qərarların ləğvini tələb edəcək.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib: “Biz bu qərarların çox sərt olduğunu düşünürük. Məsələn, Bəxtiyar Musayevin niyə cəzalandırıldığı bizim üçün müəmmalıdı. Xatırlatmaq istərdik ki, Rəhim Həsənov bir il öncə də matçın protokolunda Bəxtiyar Musayevin onu təhqir etdiyini yazmışdı. Halbuki, elə bir şey olmamışdı. Klubumuz həmçinin Araz Abdullayevə göstərilən sarı vərəqənin ləğv olunmasını istəyir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da müsahibələrindən birində qeyd edib ki, bu sarı vərəqə göstərilməyə də bilərdi”.
