9 aprel 2013 21:08
Türkiyə mətbuatı Raillə Arifin çıxışına qiymət verdi
Türkiyə mətbuatı PTT Birinci Liqanın “Adanaspor” – “Denizlispor” matçında iştirak edən oyunçuların çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımız 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatan görüşün iştirakçısı olmuş azərbaycanlı futbolçuların da çıxışına qiymət veriblər.
Qeyd edək ki, “Denizlispor”da çıxış edən Rail Məlikov start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. Arif İsayev isə 76-cı dəqiqədə meydana çıxıb və 90-cı dəqiqədə dənizlilərin təsəlli qoluna imza atıb.
Qiymətlərə gəlincə, Türkiyə mətbuatı Railin çıxışını 5, Arifin oyununu isə 6 balla qiymətləndirib.
