9 aprel 2013 21:25
Ruslan Abışov Chelsea ilə oyuna hazırlaşır (VİDEO)
Rusiyanın “Rubin” klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İngiltərənin “Chelsea” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, heyətində futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun da yer aldığı komanda bu oyun öncəsi Kazandakı hazırlıqları tamamlayaraq, Moskvaya yola düşüb.
Qeyd edək ki, Kazan klubunun heyətində bu oyuna Abışov da yollanıb. Lakin o, Avroliqa üçün komandasının iştirak ərizəsində yer almadığından, “Chelsea” ilə görüşdə iştirak edə bilməyəcək və Moskvada da “Rubin”ə sadəcə azarkeş kimi dəstək verəcək. Buna baxmayaraq, həmyerlimiz komandası ilə birgə hazırlaşmaq fürsətini qaçırmır.
