9 aprel 2013 11:18
“Fatih Terim Azərbaycan millisinin bir çox üzvünü uzaqlaşdırıb, tam yeni komanda yaradardı”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
- Son günlərin əsas mövzularından biri “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşakdı. Komanda uelsli mütəxəssisin rəhbərliyi altında iki matç keçirib, birində heç-heçə edib, digərində qalib gəlib. Siz onun cənub klubundakı perspektivini necə görürsüz?
- Məncə, “Xəzər Lənkəran” tələsdi. Aydın məsələdi ki, Toşakdan nəticə tələb olunacaq. Amma ona vaxt verilməlidi, Toşak komandanın güclü və zəif cəhətlərini müəyyənləşdirməlidi. Sizi əmin edirəm ki, o, hələ Azərbaycan çempionatı barədə heç nə bilmir. Buna görə də Toşakın çempionatımıza uyğunlaşması iş prosesi zamanı baş tutacaq.

- Siz Toşakın növbəti mövsüm komandaya uğur qazandıracağına inanmırsız?
- Burda nəyin necə olduğunu başa düşmək üçün əcnəbi mütəxəssisə ən azı bir il lazımdı. Onu da başa düşmək lazımdı ki, Toşakın Azərbaycana gəlməsində ən böyük rol oynayan maliyyə amilidi. Kiçik pula o, burda işləməzdi.

- Sizcə, Toşakın ardından digər ünlü mütəxəssislərin də ölkəmizə ayaq açması mümkündü?
- Siz Toşakın burda da “Real”da çalışdığı kimi işləyəcəyinə əminsiz? Əlbəttə, yox. Amma Toşakın Azərbaycan futboluna, “Xəzər Lənkəran”a ən böyük faydası o ola bilər ki, məsələn, vaxtilə rəhbərliyi altında oynamış Kasilyas və digər onun kimi oyunçuları bura gətirsin. Axı o, hazırda “Real”da ehtiyatda qalır. Niyə də olmasın?
- Şəxsən siz Azərbaycan çempionatını necə görmək istərdiniz?
- Mən uşaq futbolunun yaxşılaşdırılmasını istərdim. Çünki hər şey ondan başlayır. Legioner baş məşqçi üçün hansı futbolçunun oynamasının önəmi yoxdu. Onlar üçün əsas olan vaxt keçirmək, pul qazanmaqdı. Əlbəttə, istisnalar da olur. Məsələn, Qvardiola Azərbaycanda yaxşı, döyüşkən bir komanda yaradardı. Amma onun ölkəmizə gətirilməsi böyük disbalansa səbəb olardı.

- Məsələn, Fatih Terim Azərbaycan futbolunda nəyi dəyişə bilər?
- O, həm yığmamızda, həm də klublarımızda çalışa bilər. Amma fikrimcə, yığmamızla daha böyük uğurlar əldə edə bilərdi. Əminəm ki, Terim yığma üzvlərinin əksəriyyətindən imtina edərdi. Hər şeyi sıfırdan başlardı.

- Hansı əcnəbi mütəxəssisin Azərbaycandakı fəaliyyəti sizin üçün daha diqqətçəkən olub?
- Kaxaber Sxadadze. O, bizim futbolu çox yaxşı bilir. Çünki vaxtilə ona bu cür imkan yaradılıb. “İnter” demək olar ki, beş ildi bu mütəxəssislə çalışır. Bu, çox vacib amildi. Axı heç bir məşqçi 3-4 aya komandanı çempion edə bilməz. Yerli mütəxəssislər arasında isə üstünlüyü Böyükağa Hacıyevə verirəm. Onun rəhbərliyi altında “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.