9 aprel 2013 11:41
Arif İsayev: Təəssüf ki, bu qol komandama uğur qazandırmadı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev Türkiyənin “Denizlispor” klubunda vurduğu ilk rəsmi qoldan danışıb. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan PTT Birinci Liqanın 29-cu turunun “Adanaspor”la səfər matçında 76-cı dəqiqədə meydana çıxan və 90-cl dəqiqədə iki cavabsız qolla uduzan komandasının yeganə təsəlli qolunu vuran həmyerlimiz bunları dilə gətirib:
“Bu, rəsmi oyunlarda mənim “Denizlispor”da vurduğum ilk qol idi. Amma təəssüf ki, bu qol komandama uğur qazandırmadı. Ümid edirəm ki, bundan sonra da qol vurmağa davam edəcəm və vurduğum qollar komandama uğur gətirəcək”.