9 aprel 2013 12:54

Bakıda UEFA-nın seminarı start götürdü (FOTOLAR)

Bu gün Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı başlayıb. Azerisport.az xəbər verir ki, qadın futboluna həsr olunmuş seminarda Bosniya və Herseqovina, Monteneqro və Litvanı təmsil edən mütəxəssislər iştirak edir.
 
"Hilton Baku" otelində təşkil olunmuş seminarı giriş sözü ilə açan AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayıb. Baş katib ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 barədə ətraflı məlumat verib. E.Məmmədov qeyd edib ki, bu dünya çempionatı nəinki Azərbaycanda, ümumilikdə regionda ən uzunmüddətli idman tədbiri olub. Mundialın loqotipinin təqdimatı FIFA-nın prezidenti Yozef Blatterin iştirakı ilə keçirilib. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 infrastrukturun inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Baş katib deyib ki, mundiala hazırlıq dövründə Bakıda bir neçə stadion inşa olunub, həmçinin müasir standartlara uyğun məşq meydançaları hazırlanıb. Çempionatın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və FIFA-nın prezidenti Yozef Blatter iştirak ediblər. Final qarşılaşmasını dövlət başçısı İlham Əliyev və UEFA-nın prezidenti Mişel Platini birgə izləyiblər. Bu dünya çempionatı Azərbaycanda qadın futbolunun inkişafına və təbliğatının gücləndirilməsinə böyük təkan olub.
 
Sonra UEFA nümayəndəsi Emma Sykes, ardınca isə AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova təqdimatla çıxış edib. Seminara aprelin 11-də yekun vurulacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.