9 aprel 2013 14:18
Deyvidas Çesnauski: Həyat yoldaşımın müsahibəsini oxuyanda şokda idim
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskinin azerisport.az saytına müsahibəsi
- “Qəbələ” ilə oyunun hazırlıqları necə keçir?
- Prinsipcə, hər şey yaxşı gedir. Komandada zədəli futbolçu yoxdu. Hər kəs sıradadı. Mütləq qalib gəlməliyik. Çünki bizim hələ 3-4-cü yerlər uğrunda mübarizə aparmaq şansımız qalır.

- Belə olan halda növbəti turda “Simurq”un “Neftçi” ilə oyununda bakılılara azarkeşlik edəcəksiz?
- Mən digər komandalara azarkeşlik etmirəm. Yalnız öz klubumun oyunlarına köklənmişəm. Digər oyunlara nə, necə olur, qoy olsun. Əsas odu biz özümüz qalib gələk.

- Rəfiqənizin müsahibəsini oxumusuz?
- Bəli. Şokda idim.
- Bəli. Şokda idim.
- Niyə?
- Məsələn, bəzi şeyləri deyə bilməzdi. Axı o, Bakını sevir.
- Onun sözlərinə görə, Bakıda parklardan başqa gəzməli yer yoxdu...
- Bu, sərsəm açıqlamadı. Yəqin ki, düzgün tərcümə etməyiblər, ya da düz yazmayıblar. Axı biz şəhəri tez-tez gəzirik. Həm də gəzməyə kifayət qədər yer var.
- Gecə klubunda həqiqətən ancaq kişilər var idi?
- (gülür) İki il ərzində biz ya bir, ya da iki dəfə orda olmuşuq. Hər şey normal keçib. Həm oğlanlar, həm qızlar olub.

- Bəs hansısa taksi sürücüsünün kişilərin azərbaycanlı qadınlara işləməyə icazə verməməsi haqda açıqlaması nə dərəcədə doğrudu?
- Hə, belə bir şey olub. Bizi gəzdirən taksi sürücüsü öz həyat yoldaşına işləməyə icazə vermədiyini bildirmişdi. Amma ailələr fərqli olurlar. Kimsə icazə verir, kimsə yox. Bunu bütün ölkəyə aid etmək olmaz.
- Azərbaycan mətbəxi barədə düşüncələriniz necədi?
- Biz restoranlara tez-tez gedirik, ət yeyirik. Ola bilər ki, rəfiqəm hansısa ət satılan yerdə xoşagəlməz halla üzləşib. Axı Bakıda yaxşı yerlərlə yanaşı, pis yerlər də var. Əgər istəsəz, özünüz də onunla danışa bilərsiz. O, özü də təsdiq edər ki, ölkənizə qarşı tənqidi fikirdə deyil. Hazırda o, uşaqlarla birgə Litvadadı. Artıq 20 gündü viza ala bilmir. Böyük oğluma alıblar. Amma həyat yoldaşımla kiçiyə verilməyib. Problemin həllini gözləyirəm. O, Bakıya qayıtmağa çalışır. İnanın ki, bura onun çox xoşuna gəlir.