9 aprel 2013 14:33
Sumqayıtın nəzdində yeni komanda yaradıldı (FOTO)
Hazırda “Sumqayıt” Futbol Mərkəzinin tikintisi davam etməkdədi. Azerisport.az xəbər verir ki, klub mərkəz hazır olduqdan sonra uşaq futboluna daha çox önəm verməyi planlaşdırır.
Bu səbəbdən “Sumqayıt” gələcəyi düşünərək klubun nəzdində yeni komanda yaradıb. Belə ki, 5-7 yaş futbolçular arasında seçim başlanılıb. Seleksiyadan uğurla keçən futbolçular komandaya dəvət olunur. Məşqlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 15:00-dək Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
