9 aprel 2013 15:47
Xəzər Lənkəran Turan ilə oyunun hazırlığına start verdi (FOTO)
Dünən Bakıdan Lənkərana yola düşən “Xəzər Lənkəran” bazasında qısa müddətli istirahətdən sonra axşam saatlarında “Kəpəz”lə keçirilən matçın bərpa məşqini keçirib. Azerisport.az xəbər verir ki, bu gün isə “Xəzər Lənkəran” Con Bencamin Toşakın rəhbərliyi altında Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutacaq “Turan”la səfər oyununun hazırlığına start verib.
Səhər məşqi Lənkəran Olimpiya Kompleksinin meydançasında baş tutub və futbolçular 1 saat 10 dəqiqə davam edən məşqdə məşqçilər korpusunun tapşırıqlarına əsasən müxtəlif taktiki çalışmaları yerinə yetiriblər. Bu gün daxil olmaqla komanda sabah da gün ərzində iki məşq keçirərək aprel ayının 11-də səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək. Hazırda komandanın heyətində zədəli futbolçu yoxdu və futbolçular daha bir səfər qələbəsi qazanmaq istəyi ilə məşqlərdə səylə çalışırlar. (klub saytı)
