9 aprel 2013 16:23
Rail Məlikov zədələndi
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdadiəçisi Rail Məlikov zədələnib. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqanın son turunda “Adanaspor”la səfər qarşılaşmasında ayağından zədələnən həmyerlimiz bir müddət futbol oynaya bilməyəcək.
Belə ki, Məlikovun aprelin 14-də 30-cu tur çərçivəsində “Karşıyaka” ilə görüşü buraxması istisna deyil. Hər şeyə ətraflı müayiənədən sonra aydınlıq gəlməlidi.
