9 aprel 2013 16:50
Vüqar Əsgərov bir oyunluq cəza aldı
Azərbaycan Birinci Divizionunun 20-ci turunun MOİK – “Şahdağ” matçının 71-ci dəqiqəsində MOİK-in futbolçusu Vüqar Əsgərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Natiq Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Bakılı” – “Qaradağ Lökbatan” matçının 62-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Nahid Mehrəliyevlə, “Qaradağ Lökbatan”ın futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyunluq cəzalanıb, klubları 20 manat cərimə olunub.
