9 aprel 2013 17:15

Qarabağın baş məşqçisinə beş oyunluq cəza, Qəbələ və Turana texniki məğlubiyyət!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın aşağı yaşlılar arasında keçirdiyi ölkə çempionatlarının oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
7 aprel 2013-cü il tarixdə U-19 Liqasının “Qarabağ” – “Qəbələ” matçının 87-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Tərlan Əhmədovla, “Qarabağ”ın futbolçusu Coşqun Qorçuyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıb.
 
3 aprel 2013-cü il tarixdə U-19 Liqasının “Qarabağ” – “Bakı” matçının 42-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elçin Rəhimli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
 
11 mart 2013-cü il tarixdə U-17 Liqanın “Xəzər Lənkəran” – “Turan” matçında qonaq komanda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
1 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Simurq” – “Rəvan” matçının 70-ci dəqiqəsində “Simurq”un futbolçusu Yusif Dilanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

1 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Gənclik” – “Xəzər Lənkəran” matçının 29-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Zaur Nuruzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
 
1 aprel 2013-cü il tarixdə U-17 Liqanın “Turan” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Turan”ın futbolçusu Ülvi Sarıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
 
4 aprel 2013-cü il tarixdə U-16 Liqasının “Qarabağ” – “Qəbələ” matçının 66-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Elmir Namazovla “Qəbələ”nin futbolçusu Çingiz Hüseynov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 4 oyunluq cəzalanıb.
 
5 aprel 2013-cü il tarixdə U-15 Liqanın “Bakı” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın baş məşqçisi İsa Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.

6 aprel 2013-cü il tarixdə U-13 Liqasının ROİL – “Sərhədçi” matçında “Sərhədçi” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
6 aprel 2013-cü il tarixdə Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Qəbələ” matçında “Qəbələ” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.