9 aprel 2013 17:37
Rəvan hazırlıqları bərpa etdi
"Rəvan” aprelin 7-də Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt”ı məğlub etdi. Azerisport.az klub saytına istinadən xəbər verir ki, oyundan sonra futbolçular 1 günlük istirahətə buraxılmışdı.
Bu gün komanda üzvləri yenidən bir araya gəlib və növbəti oyuna hazırlığa start verilib.
Belə ki, "Bayıl Arena”da bu gün üçün nəzərdə tutulmuş yeganə məşqə bütün futbolçular çıxıb. Təxminən 2 saat davam edən hazırlıqda baş məşqçi Ramil Əliyevin tapşırığı əsasında əvvəlcə fiziki təmrinlər yerinə yetirən oyunçular məşqin böyük hissəsini toplu çalışmalara ayırıb.
