9 aprel 2013 17:58

Rail Məlikov: Arif İsayev azarkeşlərin, rəhbərliyin simpatiyasını qazana bilib

Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikovun azerisport.az saytına müsahibəsi
 
- “Adanaspor”la son oyununuz haqda nə deyə bilərsiz?
- Xal qazana bilmədik. Hesab 0:0 olanda bəzi qol vurmaq şanslarımız oldu. Amma bunlardan yararlana bilmədik. Əvəzində rəqib ələ düşən şansları boşa vermədi. İki səhvə yol verdik, nəticədə də məğlub olduq.
 
- Sizin də səhviniz oldu?
- Bu oyunu komandamızın əsas heyət üzvü olan sağ cinah müdafiəçisi buraxmaq məcburiyyətində qalmışdı. Məşqçilər korpusu mənim vaxtilə sağ cinahda oynadığımı nəzərə alıb, bu mövqedə oynamağımı istədilər. Qollara gəlincə, bunlar mənim səhvlərim nəticəsində olmadı. Özü də oyunun gedişində zədələndim. Buna baxmayaraq, oyunu sonadək davam etdirdim. Hələ zədəmin nə qədər ciddi olduğunu bilmirəm. Müayinələr göstərəcək.
 
- Məğlub olmağınıza baxmayaraq, bizim üçün müsbət olacaq bir məqam var: komandanızın yeganə qoluna Arif İsayev imza atdı...
- Bu, həqiqətən də son oyunla bağlı yeganə xoş məqamdı. Təəssüf ki, Arifin bu qolu əlavə vaxtda vuruldu və heç-heçəyə nail olmaq üçün vaxtımız qalmamışdı. İsayev oyuna çox fəal qoşuldu. Komanda son dəqiqələrdə çox inamlı çıxış edirdi.
 
- Bəs onda futbolçumuz niyə əsas heyətdə möhkəmlənə bilmir?
- Onun zədəsi var idi. Sonradan xəstələndi. İndi isə yaxşı formadadı. Mümkündü ki, növbəti turda əsas heyətdə meydana çıxsın. Qısa zaman kəsiyində Arif azarkeşlərin, rəhbərliyin simpatiyasını qazana bilib. Onu burda sevirlər.
 
- Amma komandanızın durumu heç də ürəkaçan deyil. “Denizlispor”un daha aşağı diviziona yuvarlanması istisna olunmur...
- Hər şey öz əlimizdədi. Sona qədər mübarizə aparacağaıq.

- Mövsümün əvvəlində Super Liqaya vəsiqə uğrunda mübarizə aparmaqdan danışan klubun indiki durumu nə ilə bağlıdı?
- Qış fasiləsi zamanı komandanı xeyli futbolçu tərk etdi. Heyət xeyli zəifləyib. Rəhbərlik artıq növbəti mövsümün planlarını cızmaqdadı. Amma eyni zamanda Birinci Liqadakı yerimizi qorumağa da çalışırıq.
 
- Keçmiş klubunuz “Neftçi” son turda “Qarabağ”a qalmaqallı şəkildə məğlub oldu. Buna münasibətiniz necədi?
- Bu haqda danışmaq istəmirəm.

- Azərbaycan çempionatının formatının dəyişdirilməsini necə qarşıladınız?
- Yaxşı. Bu mövsümün əvvəlindən bu sistemə üstünlük verilsəydi, daha yaxşı olardı. Dörd dövrədən, 10 klubdana ibarət çempionat hazırda bizim üçün ən yaxşı variantdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.