10 aprel 2013 18:53

Goergi Nikolov: Avroliqanın qrup mərhələsinə düşməyimizin vaxtıdı

“İnter”in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
 
- Növbəti turda sizi “Qarabağ”la oyun gözləyir. Bu görüşdən nə gözləyirsiz?
- “Qarabağ” çətin rəqibdi. Bizim onlarla oyunlarımız həmişə çətin keçir. Sonuncu dəfə onlara iki il əvvəl qalib gəlmişik. Bu dəfəki oyun altı xallıq oyundu. Aydın məsələdi ki, hər iki komanda qələbə qazanmağa çalışacaq. Sonda kimin güləcəyini zaman göstərəcək. Qələbə qazanmaq üçün maksimum güc sərf etmək lazımdı. Müəyyən qədər bəxt amili də rol oynayacaq. Şansların bərabər olduğunu düşünürəm.
 
- “Qarabağ”ın son turda “Neftçi”yə qalib gəldiyindən, psixoloji cəhətdən daha üstün olduğunu demək olar?
- Mən belə düşünmürəm. “İnter”də də oxşar üstünlük var. Çünki biz də “Bakı”ya qalib gəldik. Ona görə də hər iki komanda oxşar durumdadı.
 
- “Qarabağ”ın “Neftçi” ilə oyununa baxmısız?
- İkinci hissəyə baxdım. “Qarabağ” oyuna daha çox nəzarət etməklə “Neftçi”dən daha güclü olduğunu isbatlayırdı. Fikrimcə, ağdamlılar layiqli şəkildə üç xal qazandılar. Maraqlı görüş alındı.
 
- Böyükağa Hacıyevin 10 oyunluq cəzalanmasını necə qarşıladınız?
- Mən bunu şərh etmək istəmirəm. Başqalarının uğursuzluğuna sevinmək olmaz.
 
- Sizcə, Hacıyevin yoxluğu “Neftçi”nin oyunlarına təsir edəcək?
- Xeyr. Axı ona komanda ilə çalışmağı qadağan etməyiblər. Komandanı yenə oyunlara o hazırlayaaq. Sadəcə, texniki zonaya buraxılmayacaq. Oyun zamanı Hacıyevin tapşırıqlarını da Tərlan Əhmədov futbolçulara çatdıracaq. Buna görə də “Neftçi” Hacıyevin yoxluğunda da güclü və təhlükəlidi. Baş məşqçinin texniki zonada olmamasına görə rahatlaşmaq olmaz.
 
- “Qarabağ”ın “Neftçi” üzərində qələbəsi sizin liderlə xal fərqini minimuma endirməyinizə səbəb oldu...
- Çempionatda hər şey bir anda dəyişə bilər. Hətta “Simurq”un da birinci yerə çıxmaq şansı var. Qarşıda hələ 7 tur var. Çox istəyirəm ki, komandamız ən yüksək yeri tutsun. Amma indidən proqnoz vermək istəmirəm. Bir tur hər şeyi dəyişə bilir.
 
- “İnter” bu mövsüm avrokuboklara vəsiqə qazansa, Azərbaycanı layiqincə təmsil edə biləcək?
- Bilirəm ki, azarkeşlərimiz bizdən daha çox qələbə tələb edirlər. Bunu kim istəməz ki? Yəni siz “İnter”in futbolçularının avrokuboklarda çıxış etmək istədiyini düşünmürsüz? Şəxsən mən “İnter”in beynəlxalq arenada ən azı “Qarabağ” və “Neftçi”nin uğurlarını təkrarlamasını çox arzulayıram. Bu iki komanda vaxtilə layiqli çıxışla yadda qalıblar. Artıq bizim azarkeşlərimiz də bir-iki qələbə ilə kifayətlənmək istəmirlər. Komandamız uğura köklənib. Artıq Avropa Liqasının qrup mərhələsinə düşməyimizin vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.