10 aprel 2013 20:48
Conni Leoni Neftçiyə müraciət etdi
İsveçrəli qapıçı Conni Leoni Azərbaycan çempionu “Neftçi”yə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, o, paytaxt klubu ilə müqaviləsinin qarşılıqlı şəkildə ləğv olunmasını xahiş edib.
Qeyd edək ki, Leoni “Neftçi”yə qışda transfer olunmuşdu. O, hələlik “ağ-qaralar”ın heyətində bir dənə də olsun, rəsmi oyuna çıxmayıb. Bir müddət öncə isə onun İsveçrəyə döndüyü və “Neftçi”yə qayıtmaq istəmədiyi bəlli oldu. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Leoni ailə vəziyyətini səbəb gətirərək, Bakıya gəlməkdən boyun qaçırır.
“Neftçi” hüquqi cəhətdən FİFA-ya şikayət edə və qapıçısını geri qaytara bilər. Amma bakılıların güzəştə getməsi və müqaviləyə xitam verməsi də istisna deyil. İsveçrəli qapıçının taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
