10 aprel 2013 11:16
Bakıda UEFA-nın seminarı davam edir (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı keçirilir. Azerisport.az xəbər verir ki, qadın futboluna həsr olunmuş seminarda Bosniya və Herseqovina, Monteneqro və Litvanı təmsil edən mütəxəssislər iştirak edir. Seminara aprelin 11-də yekun vurulacaq.
