10 aprel 2013 11:23
Qarabağda Branimir Subaşiç və Vaqif Cavadov müjdəsi
Premyer Liqanın 26-cı turunda “İnter”lə qarşılaşacaq “Qarabağ” “Neftçi”ylə oyundan sonra verilən 2 günlük istirahəti başa vuraraq çalışmalara start verib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi dünən tək çalışmasını Suraxanı qəsəbə stadionunda keçib.
“Qarabağ”da son oyunları zədə səbəbindən buraxan Branimir Subaşiç və Vaqif Cavadov artıq komandayla məşqdə iştirak edirlər. Hər 2 futbolçu uzun müddətli zədədən sonra artıq kollektivlə çalışmalarda “tər tökürlər”. Onların “İnter”lə oyuna yetişib-yetişməmələri həftəsonuna qədər məlum olacaq.
“Qarabağ”ın proqramında bu günə də tək məşq var. Məşq Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-a nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” – “İnter” görüşü aprelin 13-də keçiriləcək və saat 17:00-da Tofiq Bəhramov adına Respublika stdionunda start götürəcək.
