10 aprel 2013 12:04
Robertinyo İnterdən getdi
“İnter”in qışda heyətinə qatdığı braziliyalı yarımmüdafiəçi Robertinyo paytaxt klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən futbolçunun istədiyi qədər oynamaması olub.
Belə ki, oynamaq şansı qazana bilməyən braziliyalı futbolçu bununla bağlı rəhbərliyə etirazını bildirib və klubla müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv olunmasını tələb edib. Nəticədə, “İnter” müddəti mövsümün sonunda bitəcək müqaviləyə xitam verməli olub.
Maraq üçün bildirək ki, Robertinyo bu qış Tiflis “Dinamo”sundan icarəyə götürülmüşdü.
