10 aprel 2013 12:21
Yığmamızın Bakıda təlim-məşq toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış aprelin 28-dən mayın 7-ə qədər Bakı şəhərində keçiriləcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələlik açıqlanmır.
