11 aprel 2013 00:24

Nikolov: Düşünmürəm ki, Azərbaycan futbolunda legionerlərin olması pis haldı

“Hazırda komandamız turnir cədvəlində 2-ci yerdədi. Lakin bu o demək deyil ki, biz çempion ola bilmərik. Bizim yaxşı şansımız var. Ümumilikdə, komandanın çıxışından razıyam. Ötən tur “Bakı” ilə qarşılaşdıq və çox vacib qələbə qazandıq”. Azerisport.az xəbər verir ki, bu fikirləri “İnter”in prezidenti Georgi Nikolov deyib.
 
Klub radiosunun qonağı olan bolqar prezident “İnter”in ötən çempionluqlarını xatırlayıb: “Klubumuz iki dəfə ölkə çempionu olub və hər iki qələbə son turda qazanılıb. “Qarabağ”ın yarımmüdafiəçisinin (Zaur Həşimov-red.) “Olimpik”in qapısına vurduğu fantastik qolu hələ də xatırlayıram. Həmin qol sayəsində biz çempion olmuşduq. Bundan başqa, ikinci çempionluq da bizə son turda və çox gərgin mübarizə nəticəsində nəsib olmuşdu”.
 
Nikolov çempionatın formatının dəyişdirilməsi məsələsinə də toxunub: “Mən “altılığ”ın mənfi tərəfləri barədə tez-tez danışırdım və çox şadam ki, çempionatın belə formatda keçirilməsinə son qoyulacaq. Bir qədər təəssüf doğurur ki, Premyer Liqanı iki əyalət klubu tərk edəcək, ancaq ümumilikdə klubların sayının 10-adək azaldılmasından sonra çempionatda yalnız yaxşılar qalacaq”.
 
Klub rəhbəri legionerlər barədə verilən sualları cavablandırıb: “Düşünmürəm ki, Azərbaycan futbolunda legionerlərin olması pis haldı. Bir baxın, görün Brüs Abdulay necə çxış edir. Bəs Nikolas Kanales “Neftçi” üçün nə qədər qol vurub. “Rəvan”ın futbolçusu Mindauqas Kalonas isə çempionata əla uyğunlaşdı. Belə futbolçular çempionata əlavə çalar qatırlar, onlarla yanaşı oynayan yerli futbolçular da həmin futbolçulardan nəsə öyrənə bilərlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.