10 aprel 2013 13:20
Bakı – Atletico oyununun vaxtı bəlli oldu
İspaniyanın “Atletico” klubunun “Bakı” ilə yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisi Bakıya aprelin 29-da gələcək.
Növbəti gün – aprelin 30-da isə Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” ilə “Atletico” arasında sınaq matçı keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
Qarşılaşmadan dərhal sonra isə İspaniya təmsilçisi Bakını tərk edəcək.
