10 aprel 2013 13:42
“Mərkəzi arena Bakının Atletico ilə oyununa ev sahibliyi etməyə hazırdı”
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov “Bakı” ilə İspaniyanın “Atletico” klubları arasında keçiriləcək yoldaşlıq matçına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, aprelin 30-da, mərkəzi arenada keçiriləcək qarşılaşmaya dair bunları dilə gətirib:
“Stadion bu oyunu keçirməyə hazırdı. Həmin tarixdə stadionumuzda heç bir oyunun keçirilməsi planlaşdırılmır. Ümid edirik ki, bu oyuna çoxlu azarkeş toplaşacaq. Axı “Atletico” kimi yüksək səviyyəli klublar Azərbaycana hər gün gəlmirlər, klublarımızla qarşılaşmırlar”.