11 aprel 2013 01:52
Yığmamızın rəqiblərinin oyunu ilə bağlı yekun qərar açıqlandı
Futbol üzrə Rusiya və Şimali İrlandiya yığmaları arasında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilməli olan təxirə salınmış oyunun nə vaxt baş tutacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi ilə birgə F qrupunda qərarlaşmış komandaların dueli avqustun 14-də baş tutacaq.
Bu barədə FİFA-nın Sürixdə keçirilən son iclasında qərar qəbul olunub. Hər iki ölkənin futbol federasiyası qarşılaşmanın həmin gün oynanılmasına razılıq verib.
Xatırladaq ki, Şimali İrlandiya – Rusiya görüşü əslində martın 22-də baş tutmalıydı. Lakin həmin gün oyunun keçirilməli olduğu Belfast şəhərinə güclü qar düşdüyündən qarşılaşma təxirə salınmışdı.
