10 aprel 2013 14:01
Atletico Bakıya Arda Turan və Falkaonu da gətirir
İspaniyanın “Atletico” klubu Bakıya əsas heyətlə gələcək. Azerisport.az xəbər verir ki, “Bakı” ilə yoldaşlıq oyunu keçirməyə hazırlaşan Madrid təmsilçisi bütün liderlərini ölkəmizə gətirmək fikrindədi.
Bu mənada azərbaycanlı futbolsevərlər Arda Turan, Falkao kimi ulduz futbolçuların da çıxışını mərkəzi arenadan canlı izləyə biləcəklər..
Qeyd edək ki, “Bakı” – “Atletico” matçı aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
