12 aprel 2013 02:45

Fenerbahçe yarımfinalda! (YENİLƏNİB)

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
 
Azərbaycanlı futbolsevərlərin daha yaxından maraqlandığı qarşılaşma İtaliyanın paytaxtı Romada keçirilib. Burda qardaş ölkə Türkiyəni təmsil edən “Fenerbahce” “Lazio”nun qonağı olub. "Sarı-lacıvərdlilər" ilk görüşü iki cavabsız qolla qalib başa vurduğu üçün, çətin səfərdə bu üstünlüyü qorumağa və yarımfinala çıxmağa borclu idi. "Olimpiko"dakı görüşdə hesabı meydan sahibləri açsa da, Türkiyə klubu buna cavab verməyi bacarıb. Nəticədə, qollu heç-heçə "Fenerbahçe"ni tarixində ilk dəfə Avropa Liqasının yarımfinal mərhələsinə çıxarıb.
 
Bu oyunla eyni vaxtda “Benfica” “Newcastle” ilə sülh bağlayıb. Lakin portuqallar ilk oyundakı qələbəyə görə yarımfinala çıxıblar. 
 
“Chelsea” ilk oyunda məğlub etdiyi “Rubin”ə səfərdə uduzsa da, bu, "zadəganlar"ın mərhələ adlamasına əngəl yaratmayıb. Maraq üçün xatırladaq ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun Avroliqa ilə vidalaşdığı bu oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov idi.
 
“Tottenham” isə “Basel” ilə görüşüb. Bu komandaların cavab görüşü də 2:2 hesabıyla bitib. Bu üzdən əlavə vaxta ehtiyac duyulsa da, bu yarım saatda da qapılara qol vurulmayıb. Penalti zərbələrinidə gülən tərəf isə "Basel" olub.

Avropa Liqası
1/4 final (cavab oyunları)
11 aprel

Rubin (Rusiya) - Chelsea (İngiltərə) - 3:2 (İlk oyun - 1:3)
Qollar: İ.Markano, 51 - G.Karadeniz, 62, Natxo, 65-pen - Torres, 4, Moses, 55.
 
Newcastle (İngiltərə) - Benfica (Portuqaliya) - 1:1 (1:3)
Qollar: Sisse, 71 - Salvio, 90.
 
Lazio (İtaliya) - Fenerbahce (Türkiyə) - 1:1 (0:2)
Qollar: Luliç, 60 - C.Erkin, 73.
 
Basel (İsveçrə) - Tottenham (İngiltərə) - 2:2 (penaltilərlə 4:1) (2:2)
Qollar: Salah, 27, Draqoviç, 49 - Dempsi, 23; 82.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.