10 aprel 2013 14:27
Cavid Hüseynov: Falkaonu necə dayandırmaq haqda müdafiəçilərimiz düşünsünlər
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- “İnter”ə məğlubiyyətdən sonra “Bakı”nın turnir cədvəlindəki vəziyyəti daha da pisləşdi...
- Uduzmaq istəmirdik. Əgər derbidə qalib gəsləydik, vəziyyətimiz xeyli yaxşılaşacaqdı. Amma buna baxmayaraq, qarşıda hələ yeddi tur var. Bu, potensial 21 xal deməkdi. Əgər çox xal toplaya bilsək, “Simurq”u keçə bilərik.
- Bunun üçün qarşıdakı “Qəbələ” ilə oyunda qalib gəlmək lazımdı...
- Onlara mütləq qalib gəlməliyik. Oyunlarımızın çoxu öz meydanımızda olacaq. Bu da bizə daha çox xal toplamağa imkan verir.
- Son iki turda cəmi 26 dəqiqə meydanda olmusuz. Nə problem var?
- Yığmadan qayıdanda xəstə idim. Bu üzdən “Simurq”la səfər oyununu buraxmalı oldum. Baş məşqçi qalib heyəti “İnter”lə oyunda da dəyişmək istəmədi. Bu üzdən də yalnız matçın sonlarında meydana çıxa bildim.
- Aprelin 30-da “Bakı” “Atletico” ilə qarşılaşacaq...
- Bu matç reklam xaratkerli olacaq. Şübhəsiz ki, maraqlı oyun olmalıdı. Hər halda “Atletico” kimi klubun Azərbaycana gəlməsi futbolumuz üçün böyük hadisədi. Onlarla qarşılaşmaq çox maraqlı olacaq. Fikrimcə, bu oyunda nəticə o qədər də vacib əhəmiyyət kəsb etməyəcək. Daha çox maraqlı futbol alınmasına çalışacağıq. Arda Turan, Falkao kimi futbolçularla oynamaq həmişə maraqlıdı.
- Siz yarımmüdafiəçi olduğunuz üçün yəqin ki, dünyanın ən yaxşı hücumçusu olan Falkaonu zərərsizləşdirmək tapşırığı almayacaqsız...
- (gülür) Hə, qoy bu haqda müdafiəçilərimiz düşünsünlər.
- Siz dediniz ki, nəticə vacib deyil. Bəlkə səviyyə fərqi böyü olduğuna görə müsbət nəticəyə ümid etmirsiz?
- Məsələ burasındadı ki, belə oyunlarda motivasiya olmur. Məsələn, “Atletico” üzərində qələbə qazanmağımız bizi Avropa Liqasının qrup mərhələsinə çıxarmayacaq.
- Oyundan sonra hansı futbolçuya formanızı dəyişmək istərdiniz?
- Bilmirəm, siz buna diqqət yetirmisiz, ya yox, amma mən indiyə qədər ümumiyyətlə heç bir futbolçuya yaxınlaşıb forma dəyişməyi xahiş etməmişəm. Almaniya, Portuqaliya kimi komandalara qarşı oynamışam. Düzünü deyim ki, forma dəyişmək mənə maraqlı deyil.
- Bilmirəm, siz buna diqqət yetirmisiz, ya yox, amma mən indiyə qədər ümumiyyətlə heç bir futbolçuya yaxınlaşıb forma dəyişməyi xahiş etməmişəm. Almaniya, Portuqaliya kimi komandalara qarşı oynamışam. Düzünü deyim ki, forma dəyişmək mənə maraqlı deyil.
- Bəs Falkao özü sizə yaxınlaşıb formasını dəyişdirmək istəsə, onda necə?
- (gülür) Təbii ki, rəqibə hörmət əlaməti olaraq, buna etiraz etmərəm. Amma özüm heç vaxt buna çalışmaram.
