10 aprel 2013 14:46
Ramin Musayev Galatasaray – Real oyununda (FOTO, VİDEO)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən Türkiyədə olub. Azerisport.az xəbər verir ki, PFL rəhbəri ötən axşam “Türk Telekom Arena”da baş tutan “Galatasaray” – “Real” matçını canlı izləyib.
Qeyd edək ki, bu oyunda “Galatasaray” “Real”ı 3:2 hesabı ilə yenib. Lakin Madriddəki oyun ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşdığından türklər mərhələ adlaya bilməyiblər.
Onu da qeyd edək ki, Ramin Musayev “Galatasaray” azarkeşidi.
