10 aprel 2013 15:58
Qəbələ Bakı ilə oyuna iki ciddi itki ilə hazırlaşır
“Qəbələ” Topaz Premyer Liqasının 26-cı turunun “Bakı” ilə oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Luis Araqonun rəhbərliyi altında hazırlaşan komanda gündə iki dəfə məşq edir.
Qeyd edək ki, “Bakı” ilə oyunda Omar Kalaban komandasına kömək edə bilməyəcək. O, “Simurq”la son oyunda sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb.
Kalabanla yanaşı “Qəbələ” Vurğun Hüseynovun da xidmətindən yararlana bilməyəcək. Zədəli futbolçu komandasına kömək edə biləcək durumda deyil.
