10 aprel 2013 16:29
AFFA Apelyasiya Komitəsi Böyükağa Hacıyevi də müzakirələrə dəvət etdi
Sabah AFFA-nın Apelyasiya Komitəsi İntizam Komitəsinin “Neftçi” barədə çıxardığı qərarlara yenidən baxacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu bir sıra qərarların ləğvinə çalışır.
Belə ki, Araz Abdullayevin günahsız olduğu halda sarı vərəqə aldığını, Bəxtiyar Musayevin səbəbsiz şəkildə cəzalandırıldığını iddia edən “ağ-qaralar” həmçinin Böyükağa Hacıyevin də cəzasını yüngülləşdirməyə çalışacaq. AFFA rəsmiləri bu məsələlərin müzakirəsinə Hacıyevin özünü də dəvət ediblər.
