10 aprel 2013 17:34
“İlk altılığa düşəndən sonra futbolçularımızda arxayınlıq yarandı”
“Simurq”un prezidenti Anar Bəkirovun azerisport.az saytına müsahibəsi
- Qarşıda sizi “Neftçi” ilə oyun gözləyir...
- “Neftçi”nin ölkə çempionu olması hər şeydən xəbər verir. Onların “Qarabağ”la son oyununa baxmışam. “Neftçi” on nəfərlə mübarizə aparsa da, sona kimi döyüşdü. Ən azı heç-heçə etmək istəsələr də, uduzdular. Aydın məsələdi ki, bizim də onlarla oyunumuz ağır keçəcək. Amma bu çətinliyi hər iki komanda hiss edəcək. Çünki biz də ancaq qələbə üçün oynayacağıq.
- Amma “Simurq”un bu mövsüm “Neftçi” ilə oyunları o qədər də uğurlu alınmır...
- Təəssüf ki, “Simurq” əvvəlki görüşlərdə uduzub. Amma düşünürəm ki, bu dəfə uğursuz seriyaya son qoya biləcəyik. Komandama inanıram.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”la oyundan sonra bildirdi ki, İqor Mitreskiyə qırmızı vərəqə bilərəkdən göstərildi ki, o, “Simurq”a qarşı oynaya bilməsin...
- Hakim Mitreskini kobud oyununa görə meydandan qovdu. Düşünmürəm ki, həmin anda hakim hansısa komandanın növbəti oyunu haqda fikirləşsin. “Qarabağ”la oyunda baş verən hadisələri “Simurq”la bağlamaq düzgün deyil.
- Hazırda “Simurq”u “Neftçi”dən 8 xal ayırır. Sizcə, son çempionu şənbə günü baş tutacaq görüşün favoriti saymaq olar?
- “Neftçi” liderdi. Amma bu oyunun favoriti deyil. Ümumiyyətlə, ilk altılıq çərçivəsində baş tutan oyunlarda favorit olmur. Hər bir klub qələbəyə oynayır. Ona görə də bütün komandaların bərabər şansa malik doluğunu düşünürəm. “Simurq” “Qarabağ”ı məğlub etdi, Ağdam klubu da “Neftçi”ni. Bu üzdən də heç bir oyunun nəticəsini öncədən demək olmaz.

- Böyükağa Hacıyev barədə çıxarılan 10 oyunluq cəzanı necə qarşıladınız?
- “Neftçi” güclü komandadı. Fikrimcə, o, oyunlardan öncə bütün tapşırıqlarını verəcək və yoxluğu o qədər də hiss olunmayacaq. Baxmayaraq ki, baş məşqçinin texniki zonada yer almaması hər bir komanda üçün problemdi. Yeri gəlmişkən, Hacıyev Çempionlar Liqasının İsrail “Hapoel”i ilə oyununda da komandasının sükanı arxasına deyildi. Həmin oyunun da necə başa çatdığını hamı gördü.

- “Simurq”un əsas hədəfi avrokuboklara vəsiqə qazanmaqdı?
- Bu gün dördüncü yerdə gedirik, avrokuboklara düşmək şansımızı qoruyuruq. Amma komandamız xal qazanmağa davam etməlidi.
- Bu gün dördüncü yerdə gedirik, avrokuboklara düşmək şansımızı qoruyuruq. Amma komandamız xal qazanmağa davam etməlidi.
- Hiss etmirsiz ki, komanda əvvəlki oyununu sərgiləyə bilmir?
- İlk altılığa düşəndən sonra futbolçularımızda arxayınlıq yarandı. Halbuki, mövsümün əvvəlində bu futbolçular qələbə üçün əllərindən gələni edirdilər. Lakin istənilən halda bizim hələ şansımız var və bundan yararlanmalıyıq.