10 aprel 2013 17:56
Atletico rəsmiləri Azərbaycanda səfərdədilər
İspaniyanın “Atletico” klubunun nümayəndələri yenidən Azərbaycana təşrif buyurublar. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi “Bakı”nın rəhbərliyi ilə görüşü keçirib.
Görüşdə məqsəd “Atletico” ilə “Bakı” arasında bu ay keçirilməsi nəzərdə tutulan matçın vaxtının dəqiqləşdirilməsiydi.
Qeyd edək ki, danışıqlar nəticəsində matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə qərar verilib. Görüş aprelin 30-da keçiriləcək və saat 19:00-da start götürəcək.
