11 aprel 2013 18:54
Rəvan Kəpəzə evdə məğlub oldu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 26-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Səfərdə “Rəvan”ın qonağı olan “Kəpəz” rəqibini 2:1 hesabı ilə məğub edib.
Əvəzedicilərin çempionatı
26-cı tur
11 aprel
Rəvan - Kəpəz – 1:2
Qollar: Vüsal İsgəndərli, 83 - Vüsal İbrahimov, 13, Ravil Müslümov, 27.
