11 aprel 2013 19:06
26-cı turun iki oyunu canlı yayımda
Topaz Premyer Liqasının 26-cı turunun iki oyunu "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş oyunlar canlı göstəriləcək.
Premyer Liqa
26-cı tur
13 aprel (şənbə)
“Qəbələ” – “Bakı”
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 15:00
“Qarabağ” – “İnter”
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
T.Bəhramov adına Respublika stadionu, 17:00
