11 aprel 2013 11:08
Azərbaycan futbolu tarixində ilk hadisə
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün Moskva şəhərindəki "Lujniki" stadionunda Rusiyanın "Rubin" klubu İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisinin Avropa Liqasının 1/4 final mərhələsinə təyinat alması ölkə futbolunun tarixində ilk hadisədir.
