11 aprel 2013 11:55

Əfran İsmayılov: İnterlə oynamaq daha çətindi, nəinki Neftçi ilə

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”lə oyuna hazırlıqlar necə gedir?
- Hər şey normaldı. Bilirik ki, bizi ciddi oyun gözləyir. Onsuz da ilk altlıqdakı bütün qarşılaşmalar ağır olur. Amma biz “İnter”lə oyunda uduzsaq, bundan öncəki “Neftçi” ilə görüşdə çəkdiyimiz bütün əziyyət boşa getmiş olacaq. Ona görə də bu oyunda da əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəyə nail olaq.
 
- Maraqlıdı, “İnter” artıq iki ilə yaxındı “Qarabağ”a qalib gələ bilmir...
- Fikrimcə, vacib olan bu yox, hazırda onların bizdən öndə, ikinci pillədə olmasıdı. İstənilən halda onlar da yəqin ki, qarşıdakı oyuna bizim kimi, çox ciddi hazırlaşırlar. Bizə arxayınlaşmamaq lazımdı. Xüsusilə də “Neftçi” üzərindəki ağır qələbədən sonra. Amma “İnter”lə oynamaq daha çətindi, nəinki “Neftçi”.

- Niyə?
- Çünki “Neftçi” həmişə açıq futbola gedir. Onlar həm özləri hücum edirlər, həm də rəqibin hücum etməsinə imkan verirlər. Amma “İnter”də belə deyil. Onlar daha çox müdafiə futbolu oynayırlar, rəqibin yaradıcı futbol oynamasına imkan vermirlər.
 
- Bu oyuna “Qarabağ” nəhayət ki, tam heyətlə hazırlaşmağa başlayıb...
- Bu, yaxşı xəbərdi. Nəhayət ki, tam kollektivlə hazırlaşmaqdayıq. Kimin meydana çıxmasından asılı olmayaraq, hamı qələbə üçün əlindən gələni edəcək.
 
- “Neftçi” ilə oyununuz qalmaqallı alındı. Hətta rəqib komandanın baş məşqçisi Böyükağa Hacıyevə 10 oyunluq diskvalifikasiya verildi...
- Mən düzünü deyim ki, Hacıyevin belə diskvalifikasiya aldığını eşidəndə inanmamışdım. Bu, gözlənilməz oldu. Amma görünür İntizam Komitəsi bunu lazım bilib. Onların bu qərarına hörmət etmək lazımdı.
 
- “Neftçi” tərəfi hələ də hakimlərin “Qarabağ”a kömək etdiyini iddia edir...
- Mən bununla razı deyiləm. Hakim robot deyil, o da səhv edə bilər. Əlbəttə, məğlubiyyət ağır olur, heç kimə xoş gəlmir. Ola bilər ki, bu üzdən onlar belə acıqlıdılar. Məsələn, mənim meydandan qovulmamağıma görə narazıdılar. Düzünü deyim ki, hakim məni meydandan qovsaydı, onu günahlandırmazdım. Amma bir məqam da var ki, hər elə epizoda görə futbolçunu meydandan qovmurlar.
 
- Komandanızın çempionluq şanslarını necə qiymətləndirirsiz?
- Hazırda turnir cədvəlində vəziyyət elədi ki, öncədən heç nə demək olmaz. Bir komandanın məğlubiyyəti hər şeyi dəyişə bilmir. Hər şeyin necə olacağını çempionatın sonu göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.