11 aprel 2013 12:16
Millimiz Moldovaya iki qol vurdu, məğlub oldu (VİDEO)
Xəbər verdiyimiz kimi, Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ötən gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Moldovanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub.
Yığmamızın hər iki qolunu Budaq Nəsirov vurub. Həmin oyundan hazırlanmış videoreportajı təqdim edirik.
