11 aprel 2013 12:39

“Artıq Neftçini yox, İnteri düşünürük”

“Qarabağ” 2 gün sonra “İnter”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 26-cı turu çərçivəsində “bankirlər”lə qarşılaşacaq komanda hazırlıqlarını davam etdirir.
 
Bu gün komandanın bir məşqi nəzərdə tutulub. 2-ci pillədə qərarlaşmış rəqiblə oyun öncəsi “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli klub saytına həm ötən tur “Neftçi” üzərindəki qələbədən, həm də hədəflərdən danışıb:
 
“Hazırda bütün diqqətimizi “İnter”lə oyuna yönəltmişik. “Neftçi” ilə oyunu unutmuşuq. Bizim “Neftçi”ni ardıcıl 3 oyunda məğlub etməyimiz onların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb. İndi  bizə vacib olan “İnter” üzərində uğurlu nəticə qazanmaqdı. “İnter”i cari mövsümdə uda bilməmişik. Üstəlik, rəqib sabit futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. “İnter”in ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdı. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. Ev oyunumuzda qələbə qazanmaq istəyirik. Hazırda “Qarabağ” yaxşı formadadı. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın artırmasına kömək edir.  Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bu, o deməkdi ki, bütün oyunlara 3 xal üçün çıxırıq. “İnter” nə qədər güclü olsa da, hədəfimiz yenə eynidi. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdı. İnanıram ki, “İnter”lə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.